Qvardiola: “Oraya gedin, oyununuzu oynayın və qalib gəlin“
Tarix: 04.05.2021 | Saat: 14:10:00 | Oxunub: 927 | E-mail | Çapa göndər
"Mançester Siti"nin baş məşçqisi Pep Qvardiola bu gün Çempionlar Liqasının yarımfinalında PSJ ilə evdə keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.

Futbolmedia.az goal.com-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:

"Öz oyunumuzu oynamaq istəyirik və şanslarımızı əldən verməyi düşünmürük. Hər şeyin yaxşı olacağını hiss edirəm. Futbolçular bunun böyük bir mübarizə olacağını, çətinlik çəkəcəyimizi başa düşməlidirlər. Amma əminəm ki, özümüzü göstərə biləcəyik. Onlar edə biləcəklərini gözlərində canlandırmalıdırlar. Etməli olduğumuz şey son 7 aydakılardan fərqli deyil. Oraya gedin, oyununuzu oynayın və qalib gəlin. Xüsusi bir şey tələb etməycəyik. Premyer Liqada da bu səviyyədə çətin matçlar keçirmişik".

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandalar arasında Parisdəki ilk oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
“Milan“ın yeni mövsüm üçün forması - Foto
06.05.2021
Eden Azar ingiltərəli azarkeşləri qəzəbləndirdi
06.05.2021
İtaliya A seriyası rəhbərliyi ölkə kubokunun formatında dəyişiklik etdi
06.05.2021
İnfantino: “Daha az miqdar, daha çox keyfiyyət”
06.05.2021
Zidan: “Mübarizə apardıq, ancaq ən güclü qazandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info