İtaliya millisinin futbolçularının peyvənd olunmasına start verildi
Tarix: 04.05.2021 | Saat: 13:17:00 | Oxunub: 896 | E-mail | Çapa göndər
İtaliya millisinin futbolçularının vaksinasiyasına başlanılıb.

Futbolmedia.az
xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Yığmanın Avro-2020-də iştirak edəcək futbolçularına koronavirusa qarşı peyvəndlər vurulur. Vaksinasiya prosesi Roma və Milandakı xəstəxanalarda həyata keçirilir.

Qeyd edək ki, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq. İtaliya millisi isə A qrupunda iyunun 11-i Roma Olimpiya Stadionunda Türkiyə ilə qarşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
“Milan“ın yeni mövsüm üçün forması - Foto
06.05.2021
Eden Azar ingiltərəli azarkeşləri qəzəbləndirdi
06.05.2021
İtaliya A seriyası rəhbərliyi ölkə kubokunun formatında dəyişiklik etdi
06.05.2021
İnfantino: “Daha az miqdar, daha çox keyfiyyət”
06.05.2021
Zidan: “Mübarizə apardıq, ancaq ən güclü qazandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info