Mahir Emreli “Legiya“ ilə anlaşdı
Tarix: 04.05.2021 | Saat: 09:21:00 | Oxunub: 1177 | E-mail | Çapa göndər

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli Polşanın "Legiya" (Varşava) klubu ilə razılıq əldə edib.

Futbolmedia.az "Meczyki" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu yaxın günlərdə Varşava təmsilçisi ilə müqavilə imzalayacaq.

Nəşr danışıqların başa çatdığını və hər hansı daha sərfəli təklif olmasa, sözləşmənin tezliklə imzalanacağını bildirib. Emrelinin yeni klubunda qazanacağı məbləğ də açıqlanıb. Müqavilə bağlanacağı təqdirdə o, "Legiya"da illik 300 min avro maaş alacaq. Ölkə çempionu azərbaycanlı forvarda 3 illik müqavilə təklif edib.

Forvardın Rusiyanın "Ural" (Yekaterinburq) və Almaniyanın "Union" (Berlin) klublarından aldığı təkliflərin maddi cəhətdən daha yaxşı olduğu vurğulanıb. Lakin oyunçu Qərbi Avropaya yaxın klubda oynamaq və 1-2 iki il ərzində daha yaxşı komandaya keçmək niyyətindədir.

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
Azərbycan millisi Ukraynaya yollanır - Valeri Lobanovski turnirinə
06.05.2021
Azərbaycanlı futbolçu Çexiya liqasında daha bir oyuna çıxdı
05.05.2021
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevdən 50-ci oyun
05.05.2021
Maurisio Poçettino: “Onlar fantastik bir mövsüm keçirirlər“
05.05.2021
“Çelsi“ - “Real Madrid“ - Çempionlar Liqası

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info