İngiltərə Çempionşipində çempion “Norviç Siti“ oldu
Tarix: 02.05.2021 | Saat: 14:36:00 | Oxunub: 1159 | E-mail | Çapa göndər

İngiltərə Çempionşipində 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Futbolmedia.az xəbər verir ki, bu komanda "Norviç Siti" olub. Daniel Farkenin kollektivi ötən gün 45-ci turda "Ridinq" üzərində 4:1 hesabı ilə qalib gəlməklə aktivindəki xalların sayı 96-ya yüksəlib. Bununla da "Norviç Siti" ən yaxın izləyicisi "Uotford"la fərqi 8-ə çatdırıb. Beləliklə, klub sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Komanda2 gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Həmçinin qeyd edək ki, bu, "Norviç Siti"nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.

Əlavə edək ki, ötən mövsüm də ölkənin əsas çempionatında çıxış edən "Norviç Siti" yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
“Milan“ın yeni mövsüm üçün forması - Foto
06.05.2021
Eden Azar ingiltərəli azarkeşləri qəzəbləndirdi
06.05.2021
İtaliya A seriyası rəhbərliyi ölkə kubokunun formatında dəyişiklik etdi
06.05.2021
İnfantino: “Daha az miqdar, daha çox keyfiyyət”
06.05.2021
Zidan: “Mübarizə apardıq, ancaq ən güclü qazandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info