Zinəddin Zidan: “Rəqiblərimizin məğlub olmağından zövq almıram“
Tarix: 01.05.2021 | Saat: 12:25:00 | Oxunub: 936 | E-mail | Çapa göndər
"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqa uğrunda mübarizədən danışıb.

Futbolmedia.az klubun saytına istinadən xəbər verir ki, o, ölkə çempionu olmaq istədiklərini deyib: "Əsas olan mümkün qədər çox xal toplamaqdır. Dörd komanda La Liqa çempionluğu uğrunda mübarizə aparır və bumövsümün sonuna qədər davam edəcək. Hər kiçik şey önəmlidir.

La Liqa inanılmaz dərəcədə çətindir və sona qədər də qalacaq. Rəqiblərimizin məğlub olmağından zövq almıram. La Liqanı qazanmaq istəyirik və bunun üçün mövsümün sonuna qədər mübarizə aparacağıq. Əsas diqqətimizi qarşıda duran matçlara yönəltmək istəyirik".

Qeyd edək ki, "Real" hazırda ölkə çempionatında 71 xalla 2-ci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider "Atletiko"dan 2 xal geridə qalır.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
“Milan“ın yeni mövsüm üçün forması - Foto
06.05.2021
Eden Azar ingiltərəli azarkeşləri qəzəbləndirdi
06.05.2021
İtaliya A seriyası rəhbərliyi ölkə kubokunun formatında dəyişiklik etdi
06.05.2021
İnfantino: “Daha az miqdar, daha çox keyfiyyət”
06.05.2021
Zidan: “Mübarizə apardıq, ancaq ən güclü qazandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info