Argentinalı futbolçu “Mançester Siti“yə transfer oldu
Tarix: 01.05.2021 | Saat: 11:29:00 | Oxunub: 1033 | E-mail | Çapa göndər
İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolmedia.az xəbər verir ki, "şəhərlilər" Argentina "Estudiantes"inin yarımmüdafiəçisi Dario Sarmyentonu transfer edib. Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter səhifəsində paylaşım edib.

18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. İstedadlı oyunçu yeni komandasına bu ilin iyununda qoşulacaq.

Mançester təmsilçisi argentinalı futbolçu üçün 5 milyon avro təzminat ödəyib. Daha 12 milyon avro bonus kimi qarşı tərəfə veriləcək. Həmçinin "Estudiantes" Sarmyentonun növbəti satışından ümumi məbləğin 20 faizi qədər pul alacaq.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
“Milan“ın yeni mövsüm üçün forması - Foto
06.05.2021
Eden Azar ingiltərəli azarkeşləri qəzəbləndirdi
06.05.2021
İtaliya A seriyası rəhbərliyi ölkə kubokunun formatında dəyişiklik etdi
06.05.2021
İnfantino: “Daha az miqdar, daha çox keyfiyyət”
06.05.2021
Zidan: “Mübarizə apardıq, ancaq ən güclü qazandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info