Məmmədyarov uduzdu, Karlsen və Nakamura finalda - YENİLƏNDİ
Tarix: 01.05.2021 | Saat: 09:35:00 | Oxunub: 768 | E-mail | Çapa göndər
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində finalçılar müəyyənləşib.

Futbolmedia.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan Məmmədyarov ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün armaggedon oynanılıb. Burada məğlub olan Məmmədyarov finala çıxa bilməyib.

Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mübarizə aparacaq.

---------------------------------------

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün finalçılar müəyyənləşəcək.

Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. İlk görüşdə Məmmədyarov 1:3 hesabı ilə uduzduğundan, bugünkü ilk 4 qarşılaşmanın yekununda və tay-brekdə qalib olmalıdır.

1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə digər yarımfinalda Ermənistan şahmatçısı Levon Aronyanla görüşəcək. İlk yarımfinalın yekununda heç-heçə qeydə alınıb - 2:2.

Çempionlar Turu: "New In Chess"

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:3 (Tay-brekdə - 1:1)

İlk görüş - 3:1

Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 1:3

İlk görüş - 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.




 
Bölməyə aid digər xəbərlər
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı
30.04.2021
Şəhriyar Məmmədyarov finala çıxa biləcəkmi?
29.04.2021
Çempionlar Turu: Məmmədyarov yarımfinalda, Rəcəbov uduzdu - YENİLƏNDİ

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info