Sulşer möhtəşəm qələbədən danışdl
Tarix: 30.04.2021 | Saat: 15:05:00 | Oxunub: 783 | E-mail | Çapa göndər

“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer Avropa Liqasının yarımfinalında “Roma” ilə ilk matç (6:2) haqqında danışıb.

Futbolmedia.az
“BBC”yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis böyük hesabla qalib gəlmələrinə baxmayaraq, hələ də finala fəsiqəni təmin etmədiklərini düşünür:

“İşin tamamlandığını düşünmürəm. Amma yaxşı oynadıq. Lakin rəqiblərin də güclü olduğunu bilirik. Onlara verdiyimiz iki şansdan sonra iki qol vurdular. İkinci hissədə çox yaxşı oynadıq. Bu gün qol şanslarımızın çoxundan istifadə etdik. Əsl xarakter göstərdik. Bəlkə də ilk hissənin son 5-10 dəqiqəsini ən yaxşı şəkildə keçirdik. Qapımıza vurulan hər iki qol da futbolçuların səhvlərinin nəticəsidir. Bu cür qolların vurulmasına bu qədər yüksək səviyyədə şərait yaratmaq olmaz”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 6-sı keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
“Milan“ın yeni mövsüm üçün forması - Foto
06.05.2021
Eden Azar ingiltərəli azarkeşləri qəzəbləndirdi
06.05.2021
İtaliya A seriyası rəhbərliyi ölkə kubokunun formatında dəyişiklik etdi
06.05.2021
İnfantino: “Daha az miqdar, daha çox keyfiyyət”
06.05.2021
Zidan: “Mübarizə apardıq, ancaq ən güclü qazandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info