Zaur Axundov: “Mövsümü titulla bitirməliyik“
Tarix: 30.04.2021 | Saat: 12:10:00 | Oxunub: 826 | E-mail | Çapa göndər
“Hələ kuboku qazanmadığımızdan, heç nə deyə bilmərəm".

Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra deyib.

Funksioner çətin oyundan qalib ayrılan komandasının futbolçularına təşəkkürünü bildirib. O, əsas hədələrinin kuboku qazanmaqdan ibarət olduğunu vurğulayıb: "Hələ mövsüm bitməyib. Qarşıda bizi çempionat oyunları gözləyir. Burada 4 vacib qarşılaşma keçirəcəyik. Kubokun finalına da xüsusi hazırlaşmalıyıq. “Keşlə” bu mövsümü mütləq titulla bitirməlidir. Bizim əsas hədəfimiz də budur. Çempionatdakı uğursuzluğu kubokun qalibi olmaqla siğortalamalıyıq. Yenə deyirəm, əsas hədəfimiz finalda qələbə qazanmaqdı. Bu məqsədimizi yüz faiz həyata keçirməliyik”.

Qeyd edək ki, "Keşlə" finalda "Sumqayıt"la qarşılaşacaq. Oyun mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
“Çelsi“ - “Real“ 2:0 VİDEO
05.05.2021
“Mançester Siti“ - PSJ 2:0 VİDEO
05.05.2021
“Sumqayıt“ - “Sabah“ 0:2 VİDEO
04.05.2021
“Qarabağ“ - “Zirə“ 1:1 VİDEO
03.05.2021
Şuşadan “Qarabağ” komandasına mesaj – VIDEO

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info