Qurban Qurbanov: “Futbolçulara irad bildirmək istəmirəm“
Tarix: 29.04.2021 | Saat: 20:15:00 | Oxunub: 1002 | E-mail | Çapa göndər

"Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı alındı. Futbolçularımdan razı qaldım".

Futbolmedia.az
xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalının "Sumqayıt"a penaltilərdə uduzduqları cavab matçından sonra mətbuat konfransında deyib.

- Son vaxtlar çox yüklənmişik. Futbolçulara irad bildirmək də istəmirəm. Çox əziyyət çəkirlər. Qarşıda vacib oyunlarımız var. Onları bu oyunlara hazırlamalıyıq.

- Penalti seriyasında Mahir özü vurmaq istəmədi, yoxsa necə?

- Əvvəlcədən yazmışdıq. Şahruddini də 8-ci yazmışdım. 9 olsaydı, Mahir vuracaqdı.

- Mahir və Zubir nə üçün ilk dəqiqələrdən meydanda deyildi?

- Mahir zədədən yeni qayıdıb. Bu gün o 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtların onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi oyunçular var idi ki, istəməzdim bu gün 90 dəqiqə meydanda qalsınlar.

- Şahruddinin zədəsi tam sağlamışdı, yoxsa oynamasını özü xahiş etdi?

- Bizdə xahişlə oynamırlar. Hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim.

- Rəqibin bu qədər müdafiədən oynamağını gözləyirdiz?

- İki variant var idi. Ya ilk oyundakı kimi oynayacaqdılar, ya da öz sistemləri ilə. Düşünürdüm ki, əsas heyətlə çıxıb, qol vurmağı düşünərlər. Gözlədiyim iki variantdan birincisi oldu.




 
Bölməyə aid digər xəbərlər
04.05.2021
Ayxan Abbasov: “Büdcəmiz budur, bundan artığını edə bilmərik“
03.05.2021
Sənan Qurbanov: “Biz də onun yerinə məyus oluruq“
29.04.2021
Ayxan Abbasov: “Biz bunu haqq edirik“
26.04.2021
Rəşad Sadıqov: “Oyun qol epizodları baxımından kasad keçdi“
23.04.2021
Joze Alesio: “Qarşılaşmaq istəmədiyim komandalar var“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info