Şəhriyar Məmmədyarov finala çıxa biləcəkmi?
Tarix: 30.04.2021 | Saat: 10:49:00 | Oxunub: 865 | E-mail | Çapa göndər

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün finalçılar müəyyənləşəcək.

Futbolmedia.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. İlk görüşdə Məmmədyarov 1:3 hesabı ilə uduzduğundan, bugünkü ilk 4 qarşılaşmanın yekununda və tay-brekdə qalib olmalıdır.

1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə digər yarımfinalda Ermənistan şahmatçısı Levon Aronyanla görüşəcək. İlk yarımfinalın yekununda heç-heçə qeydə alınıb - 2:2.

Çempionlar Turu: "New In Chess"

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

İlk görüş - 3:1

Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç)

İlk görüş - 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.





 
Bölməyə aid digər xəbərlər
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı
01.05.2021
Məmmədyarov uduzdu, Karlsen və Nakamura finalda - YENİLƏNDİ
29.04.2021
Çempionlar Turu: Məmmədyarov yarımfinalda, Rəcəbov uduzdu - YENİLƏNDİ

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info