Yunanıstanlı baş məşqçi: “Azərbaycan təhlükəli rəqibdir“
Tarix: 29.04.2021 | Saat: 16:07:00 | Oxunub: 791 | E-mail | Çapa göndər
"Bir həftədir ki, hazırlıqlara başlamışıq. Daha bir həftə toplanışa davam edəcəyik. İndiyədək işlər çox yaxşı gedir. Oyunçularımızın əhval-ruhiyyəsi yerindədir".

Futbolmedia.az xəbər verir ki, bunu Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan kişi voleybolçulardan ibarət Yunanıstan yığmasının baş məşqçisi Dimitris Andreopoulos "Olaprasina1908" nəşrinə müsahibəsində deyib.

57 yaşlı mütəxəsis F qrupunda hansısa komandadan qorxmadıqlarını bildirib. "Bununla yanaşı, bütün rəqiblərə hörmət edirik. Yığma komandanın oyunları həmişə çətin keçir. Qrupda Gürcüstan kimi zəif, Azərbaycan kimi təhlükəli rəqib var. Monteneqro isə çox yaxşı komandadır və demək olar ki, bizimlə bərabər səviyyədədir".

Qeyd edək ki, F qrupunda seçmə mərhələ oyunları 7 - 9 mayda Gürcüstanda, 14 - 16 mayda isə Monteneqroda gerçəkləşəcək. Azərbaycan yığması Yunanıstanla mayın 9-da və 15-də üz-üzə gələcək.




 
Bölməyə aid digər xəbərlər
06.05.2021
Azərbaycanlı məşqçilər UEFA-nın Pro kursunda
06.05.2021
Azərbaycan I Divizionunda XXV tura start verilir
05.05.2021
“Keşlə”də Yevgeni Koçuk şoku
05.05.2021
AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir
04.05.2021
Qurban Qurbanov: “Məndə hansısa hegamonluq düşüncəsi olmayıb “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info