Ayxan Abbasov: “Məncə, bunun öhdəsindən layiqincə gəldik“
Tarix: 17.04.2021 | Saat: 09:00:00 | Oxunub: 939 | E-mail | Çapa göndər

"Vacib 3 xal qazandıq. Rəqib xal qazansaydı, bizə çox çətin olacaqdı. İkinci hissədə futbolçularımız üstün, taktiki cəhətdən düzgün oynadılar. Komandamı və azarkeşlərimizi təbrik edirəm. Sonadək vuruşacağıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, bu il ilk dəfə "Qəbələ" üzərində qələbə qazandıqlarını bildirib. Baş məşqçi "Qarabağ"a 1:4 hesabı ilə uduzmalarına rəğmən, yaxşı oyun sərgilədiklərini söyləyib: "Belə məğlubiyyətlərdən sonra komandanın toparlanması, ruhunun yerində olması önəmlidir. Məncə, bunun öhdəsindən layiqincə gəldik".

Abbasov Camaləddin Xocaniyazovun vəziyyətinə sabah aydınlıq gələcəyini diqqətə çatdırıb: "Ümid edirik ki, yaxın zamanda bizimlə olacaqlar".

Baş məşqçi Rəhim Sadıxovun Ukrayna klubundan təklif alması xəbərinə də aydınlıq gətirib: "Onun bizimlə hələ müqaviləsi var. Bu haqda məlumatım yoxdur. Hansı klub istəsə, ilk növbədə, bizə müraciət etməlidir".

Abbasovun sözlərinə görə, komandada kimin qalıb-qalmaması büdcədən asılıdır: "Bu gün hansısa futbolçuya rahatlıqla qalmasını təklif edə bilmirik. Çempionat bitdikdən sonra rəhbərliklə söhbət edəcəyik".

Bizi İnstagramda i




 
Bölməyə aid digər xəbərlər
09.05.2021
“Qarabağ” səfərə üç xal üçün yollanır - YENİLƏNİR
09.05.2021
Aftandil Hacıyev: “Bizdə əhval-ruhiyyə o səviyyədə deyil“
08.05.2021
Ayxan Abbasov: “Mövsümün sonunda sevinən biz olacağıq“
08.05.2021
“Zirə“ və “Qəbələ“nin 25-ci dueli
08.05.2021
AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info