Aftandil Hacıyev: “Qızıl xal qazandıq“
Tarix: 16.04.2021 | Saat: 20:54:00 | Oxunub: 919 | E-mail | Çapa göndər

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqansının 23-cü turunda "Qarabağ"la oyundan (1:1) sonra mətbuat konfransı keçirib.

Futbolmedia.az xəbər verir ki, o, bu gün qızıl xal qazandıqlarını bildirib: "Hər xal bizim üçün çox önəmlidir. "Qarabağ"la görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik. Ağır oyun oldu. Xal qazanacağımıza inanırdıq. Son matçlarda əzmkarlıqla seçilirdik. İlk hissədə hesabda önə keçdik, amma qol buraxdıq".

A.Hacıyev Ruslan Hacıyevin məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün meydanda olmadığını söyləyib: "Ona görə başqa oyunçulara şans verdik".

Baş məşqçi qapıçı Kamran Ağayevin məşqlərdə zədə aldığını və bu səbəbdən də adının iştirak ərizəsində olmadığını vurğulayıb.

O, 2 ay maaş ala bilməyən futbolçuları oyuna necə köklədiyi ilə bağlı sualı isə belə cavablandırıb: "Sevindirici haldır ki, oyunçular inamla oyuna çıxır. Onlar peşələrini çox sevir. İnanıram ki, gələcəkdə onların zəhməti yerdə qalmayacaq. Bu gün ola bilsin, nəsə itirirlər. Amma sabah qazanacaqlar. Hər oyuna çıxıb yaxşı nəticə göstərəndə onların qiyməti qalxır".




 
Bölməyə aid digər xəbərlər
09.05.2021
“Qarabağ” səfərə üç xal üçün yollanır - YENİLƏNİR
09.05.2021
Aftandil Hacıyev: “Bizdə əhval-ruhiyyə o səviyyədə deyil“
08.05.2021
Ayxan Abbasov: “Mövsümün sonunda sevinən biz olacağıq“
08.05.2021
“Zirə“ və “Qəbələ“nin 25-ci dueli
08.05.2021
AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info