Seyko Hasimoto: “Tokio-2020“nin ləğvi düşünülmür“
Tarix: 16.04.2021 | Saat: 15:00:00 | Oxunub: 955 | E-mail | Çapa göndər

Təşkilatçılar Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarını ləğv etməyi düşünmür və koronavirus kontekstində bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla olimpiadanı keçirmək istəyirlər.

Futbolmedia.az məlumatına görə, bu barədə Təşkilat Komitəsinin sədri Seyko Hasimoto ölkənin Liberal Demokrat Partiyasının baş katibi Tosihiro Nikainin açıqlamasına münasibət bildirərkən deyib.

Nikai pandemiya pisləşəcəyi təqdirdə, Tokio olimpiadasının ləğv edilmə ehtimalının olduğunu söyləyib.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info