Pyer-Emerik Obameyanq virusa yoluxdu
Tarix: 16.04.2021 | Saat: 14:04:00 | Oxunub: 925 | E-mail | Çapa göndər
"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq malyariya xəstəliyinə yoluxub.

Futbolmedia.az xəbər verir ki, bu haqda o, özünün İnstaqram səhifəsində bildirib. O, bu virusa milli komandasının oyununa görə getdiyi Vətəni Qabonda yoluxub:

"Virusu bu qədər tez aşkarlayıb müalicə edən həkimlərin sayəsində hər gün daha da yaxşılaşıram. Son bir neçə həftədə özümü həqiqətən yaxşı hiss etmirdim. Amma yaxın zamanlarda hər zamankından daha güclü olacağam".

Futbolçunun yaşıl meydana nə vaxt dönəcəyi bilinmir.

Malyariya xəstəliyi Afrikada geniş yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəliyin simptomlarının sırasına yüksək qızdırma, üşütmə, baş ağrıları, əzələ ağrıları və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə edilir.




 
Bölməyə aid digər xəbərlər
09.05.2021
“Trua” klubu Fransa Liqa 1-ə vəsiqə qazandı
09.05.2021
Pier Emerik Obameyanq azarkeşlərdən üzr istədi
09.05.2021
“Ərzurumspor“ baş məşqçisi Yılmaz Vuralla yollarını ayırdı
09.05.2021
“Liverpul“ evdə rəqibi “Sauthempton“a acımadı
09.05.2021
“Qalatasaray“ evdə “Beşiktaş“ı məğlub etdi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info