Cüdoçumuz Məmmədəli Mehdiyev koronavirusa yoluxdu
Tarix: 16.04.2021 | Saat: 13:11:00 | Oxunub: 960 | E-mail | Çapa göndər
Azərbaycanın daha bir cüdoçusu koronavirusa yoluxduğu üçün Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatını buraxır.

Futbolmedia.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyevin testi müsbət nəticələnib.

Daha əvvəl Rüstəm Orucov (73 kq) və Davud Məmmədsoyun (60 kq) eyni səbəbdən qitə çempionatına qatılmayacağı bəlli olub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil edilir.




 
Bölməyə aid digər xəbərlər
09.05.2021
“Qarabağ” səfərə üç xal üçün yollanır - YENİLƏNİR
09.05.2021
Aftandil Hacıyev: “Bizdə əhval-ruhiyyə o səviyyədə deyil“
08.05.2021
Ayxan Abbasov: “Mövsümün sonunda sevinən biz olacağıq“
08.05.2021
“Zirə“ və “Qəbələ“nin 25-ci dueli
08.05.2021
AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info