Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı
Tarix: 15.04.2021 | Saat: 14:04:00 | Oxunub: 830 | E-mail | Çapa göndər
"FIFA sıralamasına baxdıqda rəqiblərimizin hamısının bizdən daha yaxşı mövqelərdə olduqlarını görürük. Biz də reytinq siyahısında yüksəlmək üçün çalışırıq".

Futbolmedia.az-ın məlumatına görə, bunu Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş Avropa çempionatının qrup mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib. O bildirib ki, açılış oyununda qarşılaşacaqları İtaliya yığması İsveçrə və Uelsə nəzərən daha güçlü görünür.

Güneş maraqlı qrupda olduqlarını söyləyib: "A qrupunda hər cür nəticələr qeydə alına bilər. Bunun üçün ilk matçdakı nəticəmiz önəmlidir. Heç-heçə və qələbəmiz qrupda bəzı qarışıqlıqlara səbəb ola bilər. İnanıram ki, elə də olacaq. Hər üç qarşılaşmamız çətin keçəcək. Qrupda hansı komandanın sonuncu yeri tutacağını heç kim deyə bilməz. Bu, hətta İtaliya da ola bilər. Uels də yaxşı komandadır, oyunçuları səviyyəli çempionatlarda çıxış edirlər və inkişafdadırlar. İsveçrə də maraqlı futbol oynayır, biz də eləyik. İtaliya da yaxşı yoldadır. Qrupdan birinci və ikinci yerlərin sahibləri 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Üçüncü yeri tutanın da mərhələ adlama şansı var".

69 yaşlı mütəxəssisin fikrincə, qrupda 5-6 xal böyük üstünlük sayılacaq, amma 4 xalı olan da 1/8 finala çıxa bilər. O, mərhələni yaxşı oyun və gözəl futbolla adlamaq istədiklərini diqqətə çatdırıb: "Futbolda eniş-çıxışlar ola bilər, amma biz yaddaqalan, coşqulu, cəlbedici, sevilən komanda olmaq istəyirik. Özümüzü ailə komandası kimi görürük. O hissi bütün dünyaya keçirmək, həm Türkiyə futbolunu, həm də ölkəmizi tanıtmaq istəyirik. Döyüşkən, coşqulu, cəsur, inanclı komanda görüntüsü yaratmaq niyyətindəyik. Belə oyun bizi qrupdan çıxardığı zaman əsas hədəfimizə çatacağıq. Ondan sonra da hər cür sıçrayış bizim üçün uğurdur".

Baş məşqçi hazırkı yığmanın 2022-ci il dünya çempionatına da yüksələrək, vəzifəsini çox yaxşı yerinə yetirəcəyinə inam ifadə edib: "Bunların hamısı oyunçular üçün bir imtahan olacaq".

Qeyd edək ki, Türkiyə millisi iyunun 11-də İtaliya ilə Romadakı Olimpiya Stadionunda, iyunun 16-da Uelslə və iyunun 20-də İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bakıdakı qarşılaşmalarda tribunaların 50 faizinə azarkeşlərin buraxılacağına təminat verilib.




 
Bölməyə aid digər xəbərlər
09.05.2021
“Trua” klubu Fransa Liqa 1-ə vəsiqə qazandı
09.05.2021
Pier Emerik Obameyanq azarkeşlərdən üzr istədi
09.05.2021
“Ərzurumspor“ baş məşqçisi Yılmaz Vuralla yollarını ayırdı
09.05.2021
“Liverpul“ evdə rəqibi “Sauthempton“a acımadı
09.05.2021
“Qalatasaray“ evdə “Beşiktaş“ı məğlub etdi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info