Rizvan Fərzəliyev: “Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi “
Tarix: 15.04.2021 | Saat: 09:40:00 | Oxunub: 790 | E-mail | Çapa göndər


“Yunanıstanla ilk duelimiz onların meydanında olmuşdu. Həmin görüşdə 3:0 hesablı qələbə qazanmışdıq. Bu dəfə isə doğma meydanımızda üz-üzə gəldik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri futzal millimizin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının seçmə mərhələsində Bakıda Yunanıstanla keçirilən oyundan sonra azfutzal.az-a açıqlamasında deyib.

O, 4:0 hesablı qələbəni belə şərh edib: "Açığı, buna qədər qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmişdik. Buna baxmayaraq, doğma meydan amilindən maksimum istifadə etməyə çalışdıq. Üstəlik, reytinq xallarımızı da artırmaq istəyirdik. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi və bu dəfə daha çox qol vurduq. Artıq 6-cı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Təbii ki, həmin mərhələnin oyunlarına hələ kifayət qədər vaxt var. Yaxşı hazırlıq keçməliyik ki, ordakı oyunlarda da uğur qazanaq”.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info