Azərbaycanlı boksçu yarışa qələbə ilə başladı - Dünya birinciliyi
Tarix: 14.04.2021 | Saat: 15:20:00 | Oxunub: 741 | E-mail | Çapa göndər
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.

Futbolmedia.az-ın məlumatına görə, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov 1/16 final mərhələsində Maksat Jusipovla (Qırğızıstan) qarşılaşıb.

Boksçu rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info