Bakıda dünya çempionatının keçirilməsinə icazə verildi
Tarix: 14.04.2021 | Saat: 09:32:00 | Oxunub: 825 | E-mail | Çapa göndər
Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi edəcək.

Futbolmedia.az xəbər verirki ki,Azərbaycan Gimnastika Federasiyası, Nazirlər Kabinetinin müvafiq qərarı ilə pandemiya səbəbindən təxirə salınmış və bu ilin mayında keçirilməsi gözlənilən yarışların əhəmiyyəti nəzərə alınaraq tədbirlərin təşkilinə icazə verilib.

Sözügedən yarışlar Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21 - 23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27 - 29 may).

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
08.05.2021
UEFA 9 Superliqa klubu ilə bağlı qərarı açıqladı
07.05.2021
Qadın güləşçimiz mübarizəsinə başlayır
05.05.2021
Cüdoçularımız mübarizəyə başlayır - Böyük Dəbilqə
03.05.2021
Karlsen qalib, Məmmədyarov üçüncü oldu - YENİLƏNDİ
02.05.2021
İran cüdoçuları yarışlardan kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info