Markus Reşford “Mançester Yunayted”in sabiq futbolçusu Ronaldonun rekordunu təkrarladı
Tarix: 09.04.2021 | Saat: 14:07:00 | Oxunub: 794 | E-mail | Çapa göndər
“Mançester Yunayted”in futbolçusu Markus Reşford komandanın sabiq futbolçusu Kriştiano Ronaldoya məxsus rekordu təkrarlayıb.

Futbolmedia.az xəbər verir ki, gənc hücumçu Avropa Liqasının 1/4 final mərhələsində “Qranada” ilə görüşdə (2:0) fərqlənərək bu mövsüm avrokuboklarda vurduğu qol sayını 8-ə çatdırıb.

Markus qollarından 6-na Çempionlar Liqası, 2-nə Avropa Liqasında imza atıb. Bununla da Reşford klub tarixinin rekordunu təkrarlayıb. Buna qədər komandanın heyətində avrokuboklarda mövsüm ərzində ən çox qol vuran futbolçu Ronaldo idi. O, 2007/08 mövsümündə bütün qollarını Çempionlar Liqasında vurmuşdu.




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
“Barselona“ “Yuventus“u uddu, “Çelsi“ və “Yunayted“dən darmadağın - Yenilənib
03.01.2020
“Real“ “Vulverhempton“unn futbolçusuna göz dikdi
25.12.2019
Halk Çİn klubunu “Espanyol“a dəyişə bilər
30.06.2019
Güləşçilərimizdən gümüş və bürünc medal - “Minsk-2019“
30.06.2019
Bu gün hansı idmançılarımız yarışacaq - Avropa Oyunları

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info