Gəncə futbolu və onun qızıl dövrü YAZI (LAYİHƏ)
Tarix: 23.03.2017 | Saat: 10:25:00 | Oxunub: 1393 | E-mail | Çapa göndər
AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində Gəncə futbolu haqda keçmişdən və indidən yazdıq. Bir daha tarixi keçmişə və Gəncə futbolunun qızıl dövrünə səyahət etdik.

Картинки по запросу 1997-1998-ci il Kəpəz çempion

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

AZƏRBAYCAN FUTBOL TARİXİ: HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR


Gəncə həmişə Azərbaycanın futbol mərkəzi olub. Bir vaxtlar Müzəffər Qasımov, Mehman Allahverdiyev, Novruz Əzimov, Vəli Qasımov, Yunis Hüseynov, Vidadi Rzayev, Xaliq Mərdanov, Faiq Cabbarov, Maşallah Əhmədov,Mahmud Qurbanov kimi futbolçular yetişdirən "Nizami yurdu" 2006-ci ildə "Gəncə"nin "süqutundan" sonra Premyer Liqada təmsilçisiz qalmışdı. Halbuki sonradan "Gəncə" adlandırılan Kəpəz ölkənin ikinci ən titullu komandasıydı. Əyalət klubları arasında lider olan Gəncə təmsilçisi yalnız Neftçi Bakı klubundan geri qalırdı. Hazırda "Kəpəz" Premyer Liqada çıxış edir.

Gəncənin futbolunun "Yenilməz Armada"sı


"Kəpəz" Peşəkar Futbol Klubu — Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubu. Azərbaycan futbolunun iki əzəmətli klubundan biri olan Kəpəzin əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində də Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan Kəpəz 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Premyer Liqasının və 4 dəfə Azərbaycan Kubokunun qalibi olub və Neftçidən sonra ölkənin ən titullu futbol klubudur. Kəpəz Azərbaycanda və Qafqazda ən böyük azarkeş ordusuna sahib futbol klubudur."Gəncəlilər"Azərbaycan futbolunun "Yenilməz Armada"sı hesab edilir və ölkə futbolundakı əksər rekordların sahibidir bu klub."Kəpəz PFK" bir növ "Gəncə" şəhərinin simvolu hesab edilir.

SSRİ dövrü

Gəncə futbolunun yaşı təxminən bir əsrə yaxındır. Şəhərdə ilk peşəkar klubun yaranması isə ötən əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə Azərbaycan klublarının sayını artırmağı qərara almışdı. Beləcə, 1959-cu ildə «Toxucu» klubu yaradıldı və SSRİ birinciliyinin “B” sinfinin 3-cü zonasında mübarizəyə başladı. Sonra klubun adı dəyişilib, «Dinamo» qoyuldu. 1962-ci ildə yerli komanda «Neftçi»yə və Kiyev «Dinamo»suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmaqla, şəhərin nüfuzunu SSRİ məkanında daha da artırmışdı. 1965-ci ildə komanda «Dinamo» adı altında SSRİ çempionatının birinci, 3 il sonra isə yüksək dəstəsinə vəsiqə qazanmışdı. O vaxtkı adı ilə desək, Kirovabad kimi şəhərin SSRİ birinciliyinin elitasına çıxması İttifaq məkanında böyük əks-səda yaratmışdı. Bu sadalananlar keçmiş Sovet dövründə qazanılan uğurlardır. 1967-ci ildə Dinamo Kirovabad SSRI 2-ci liqasının çempionu olaraq, qızıl medalları Gəncəyə gətirir. Gəncəlilər şəhərin küçələrində öz çempionlarını qarşılayır. Həmin foto şəkili sizlərə təqdim edirik.

Картинки по запросу Dinamo Gəncə 1965

Komandanın müxtəlif vaxtlarda daşıdığı adlar

• 1959 - 1962 “Toxucu” (Kirovabad)

• 1962 - 1974 “Dinamo” (Kirovabad)

• 1975 - 1981 “Tərəqqi” (Kirovabad)

• 1982 - 2004 “Kəpəz” (Gəncə)

• 2004 - 2011 “Gəncə”

• 2011 - “Kəpəz”

Картинки по запросу Dinamo Gəncə 1965


Ölkənin ən çox azarkeş ordusu olan klublardan biri də Gəncə klubudur.

"Kəpəz" ev oyunlarını Gəncə Şəhər Stadionunda keçirir. Stadionun açılışı 1963-cü ildə olub. Klubun ev oyunlarını keçirdiyi bu stadion 26.500 azarkeş tutumu ilə Azərbaycanda bir kluba məxsus ən böyük stadiondur. Ümumilikdə isə Gəncə Şəhər Stadionu Bakı Olimpiya Stadionu və "Tofiq Bəhramov Adına Resbublika" stadionundan sonra ölkənin üçüncü ən böyük futbol stadionudur. Azərbaycan futbolunda qeydə alınmış bütün azarkeş rekordları da məhz bu stadiona məxsusdur. Stadionun azarkeş tutumunun 26.500 olmasına baxmayaraq, SSRİ çempionatları dövründə və 20-ci əsrin 90-cı illərində klubun avrokuboklardakı çıxışı zamanı 31.000 və daha artıq azarkeş saylarının qeydə alındığı xeyli oyunlar olub. Ümumiyyətlə, Gəncə həmişə Azərbaycanın futbol mərkəzi olub. Təsadüfi deyil ki, Azərbaycan futbol ictimaiyyəti bu qədim şəhəri "Azərbaycan Futbolunun Məkkəsi" adlandırır. Hələ SSRİ dövründə olarkən, dünyaca məşhur əfsanəvi məşqçi "Valeri Labanovski" Gəncəni "Kiçik Braziliya" adlandırmışdı. Belə ki, istənilən məhəlləsinə getsəniz, azyaşlı uşaqların futbol oynadığının şahidi olarsınız. Gəncə futbolu ölkə futboluna hər zaman saysız-hesabsız istedadlar bəxş edib. Müzəffər Qasımov, Sergey Kramarenko, Mehman Allahverdiyev, Novruz Əzimov, Maşallah Əhmədov, Vəli Qasımov, Yunis Hüseynov, Vidadi Rzayev, Xaliq Mərdanov, Faiq Cabbarov və Mahmud Qurbanov kimi adını Azərbaycan futbolu tarixinə yazdırmış məşhur futbolçular məhz "Nizami" yurdunun yetirmələridir. Sözügedən futbolçuların əksəriyyəti isə Sovet dövründə və müstəqillik illərində Azərbaycanda uşaq futbolunun inkişafında müstəsna xidmətləri olmuş Gəncə futbolunun əfsanəvi şəxsi Konstantin Abramenkonun (Dyadya Kostya) “Lokomotiv” uşaq futbol məktəbinin yetirmələri olmuşdur. "Lokomotiv" hər zaman Kəpəzi istedadlı futbolçularla təmin etmiş və bu uşaq futbol məktəbi Kəpəzin aşağı yaş qruplarından ibarət məktəbi hesab olunurdu. Konstantin Abramenkonun vəfatından sonra da hər il Gəncə şəhərində uşaq futbol məktəblərinin iştirakı ilə onun xatirəsinə həsr olunmuş turnirlər keçirilir.

Картинки по запросу Gəncə Azarkeşləri

Vətənimiz müstəqillik qazandıqdan sonra Gəncədə futbol yeni inkişaf dövrünə qədəm qoydu. "Kəpəz" klub tarixində ən böyük uğurlarını da məhz milli çempionatda qazanıb. Komanda 3 dəfə qızıl medallara layiq görülüb, 4 dəfə ölkə kubokunu Gəncəyə gətirib. Gəncəlilər Çempionlar Liqası və UEFA Kuboku kimi qitənin nüfuzlu klub turnirlərində, Müstəqil Dövlətlər Birliyinin “Birlik Kuboku” kimi mötəbər yarışında iştirak edib. “Kəpəz” bütün uğurlara o vaxtkı baş məşqçisi Mehman Allahverdiyevin rəhbərliyi altında imza atıb. Allahverdiyev ölkənin ən titullu məşqçilərindən hesab edilir. Ümumiyyətlə, Gəncə futbolunda veteran futbolçunun xidmətləri böyükdür.

* Gəncə klubunun qazandığı uğurlar

*

* Azərbaycan çempionatı:

o

o Qızıl medal (3) - 1994/1995, 1997/1998, 1998/1999

o

o Gümüş medal (1) - 1999/2000

o

o Bürünc medal (2) - 1993/1994, 1995/1996


Картинки по запросу Gəncə futbolu


Картинки по запросу 1997-1998-ci il Kəpəz çempion


Azərbaycan Kuboku:

o Qalib (4) - 1993/1994, 1996/1997, 1997/1998, 1999/2000

Mövsüm Turnir Mərhələ Ölkə Klub Ev Səfər Ümumi nəticə

1995/96 UEFA Kuboku I Avstriya Vyana 0-4 1-5 1-9

1997/98 UEFA Kuboklar Kuboku I Latviya Dinaburq 0-1 0-1 0-2

1998/99 UEFA Çempionlar Liqası I Polşa LKS Lodz 1-3 1-4 2-7

1999/00 UEFA Çempionlar Liqası I Makedoniya Sloga Jugomagnat 2-1 0-1 2-2

2000/01 UEFA Kuboku I Türkiyə Antalyaspor 0-2 0-5 0-7

Картинки по запросу Dinamo Gəncə 1965
Əli HƏYATİ




 
Bölməyə aid digər xəbərlər
09.05.2021
“Qarabağ“ “Sabah“a qarşı - Yenilənir
08.05.2021
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
08.05.2021
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayı
08.05.2021
“Sabah” – “Qarabağ” matçı Əliyar Ağayevə tapşırıldı
07.05.2021
İngiltərə Premyer Liqasında yeni mövsümün başlanma vaxtı açıqlandı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info