Tərlan Əhmədov istefaya göndərildi
Azərbaycan superkubokunun “Xəzər Lənkəran”a qarşı keçirilən bugünkü oyununda uduzan "Neftçi" baş məşqçinin səlahiyyətləri vəzifəsini icra edən Tərlan Əhmədovu istefaya göndərməyə hazırlaşır.
Futbolmedia.az xəbər verir ki, buna komandanın “Xəzər Lənkəran”a məğlubiyyəti səbəb olub.

“Neftçi”nin prezidenti Sadıq Sadıqov məlumatı təsdiqləyib. O qeyd edib ki, Topaz Premyer Liqanın qarşıdakı "Simurq"la oyununa "Neftçi" hazırkı məşqçilər korpusunun rəhbərliyi ilə çıxacaq, bundan sonra isə komandaya yeni baş məşqçi gətiriləcək.

Xəbər 55 dəfə oxundu.