“Qalatasaray“ın ulduzu Arda Turan məhkəmə qarşısına çıxacaq
Tarix: 07.04.2021 | Saat: 17:20:00 | Oxunub: 725 | E-mail | Çapa göndər
Müğənni Berkay Şahinin həyat yoldaşı Özləm Şahinə sataşmaqda günahlandırılan "Qalatasaray"ın futbolçusu Arda Turan haqqında yenidən məhkəmə prosesi başlanılıb.

Futbolmedia.az xəbər verir ki, 2018-ci ildə Berkay Şahinlə Arda arasında gecə klublarından birində qarşıdurma baş verib və bundan sonra müğənni futbolçunu polisə şikayət edib.

O, Özləm Şahinə sataşmaqda günahlandırılıb. İstanbul 41-ci Asliye Cəza Məhkəməsinin qərarı ilə Arda Turan Özləm Şahinə "cinsi təcavüz" maddəsi ilə təqsirkar bilinib. Həmçinin oyunçu "qorxu və panika yaradacaq şəkildə silahla atəş açmaq", "qanunsuz silah gəzdirmə", "qəsdən adam yaralama" maddələri ilə günahlandırılaraq, haqqında 2 il 8 ay 15 gün müddətində azadlıqdan məhrum edilmə qərarı verilib.

Lakin bu qərar daha sonra İstanbul məhkəməsi tərəfindən pozularaq, futbolçuya yalnız "cinsi təcavüz" səbəbindən hökm verilməli olduğu bildirilib.

"Milliyət"in xəbərinə görə isə məsələ ilə bağlı məhkəmə prosesi yenidən başlayıb. Arda Turan zədəli olduğu üçün məhkəmə prosesinə qatılmayıb. Şahid qismində görülən Burak Yılmazın vəkili isə onun Fransada olduğunu və yerli çempionat başa çatdıqdan sonra məhkəmə prosesinə qatılacağını bildirib. Özləm Şahin isə məhkəmədən tələb edib ki, Arda Turan məcburi şəkildə prosesə cəlb olunsun. Məhkəmə Özləm Şahinin bu istəyini qəbul etməyib. Ona təqsirkarın və şahidin hazır olacağı vaxt məhkəməyə qatılacağı bildirilib.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info