“Valensiya” klubundan irqiçiliyə kütləvi etiraz
Tarix: 07.04.2021 | Saat: 09:00:00 | Oxunub: 810 | E-mail | Çapa göndər
İspaniyanın “Valensiya” klubu bir neçə gün əvvəl irqçiliyə məruz qalan futbolçusu Muktar Diakabiyə dəstək nümayiş etdirib.

Futbolmedia.az xəbər verir ki, komandanın növbəti məşqindən əvvəl klub prezidenti Anil Murti, baş məşqçi Xavi Qarsiya, məşqçilər heyəti və futbolçular irqçiliyə qarşı etiraz əlaməti olan poz veriblər.

Xatırladaq ki, La Liqanın 29-cu turunda keçirilən “Kadis” – “Valensiya” matçında meydan sahiblərinin müdafiəçisi Xuan Kala Diakabiyə qarşı irqçi ifadələr səsləndirib. Qvineyalı futbolçu mübahisədən sonra meydanı tərk edib. Diakabidən sonra “Valensiya” və “Kadis”in bütün futbolçuları paltardəyişmə otağına yollanıb. 10 dəqiqəlik fasilədən sonra hakim komandaları meydana çıxarıb. Diakabi isə əvəzlənib.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info