Rafael Varan növbəti oyunda “Real“a kömək edə bilməyəcək - korona virusa yoluxub
Tarix: 06.04.2021 | Saat: 18:06:00 | Oxunub: 728 | E-mail | Çapa göndər
"Real"ın futbolçusu Rafael Varan Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la ilk oyunu buraxacaq.

Futbolmedia.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb fransalı müdafiəçinin koronavirusa yoluxmasıdır. Madrid təmsilçisi 27 yaşlı oyunçunun testinin müsbət çıxdığını açıqlayıb.

Bununla da, zədəli olan Serxio Ramosdan sonra daha bir müdafiəçi Mersisayd klubuna qarşı oynamayacaq. "Real"da "Liverpul"la matçda Naço və Militao ikilisinin oynayacağı gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-ada başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info