AFFA klublara cərimə kəsdi
Tarix: 06.04.2021 | Saat: 16:04:00 | Oxunub: 788 | E-mail | Çapa göndər


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunu 800 manat məbləğində cərimələyib.

Futbolmedia.az-ın məlumatına görə, buna "dənizçilər"in "Zirə" ilə heç-heçə etdikləri ölkə çempionatının 21-ci tur matçında topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəb olub. "Zirə" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

"Sabah", "Qəbələ" və "Neftçi"yə 4 və daha çox oyunçuları sarı vərəqə aldıqları üçün 800 manat cərimə kəsilib.

"Sabah" - "Qəbələ" oyununda meydan sahiblərinin 4, qonaqların 5, "Neftçi" – “Sumqayıt” qarşılaşmasında isə "ağ-qaralar"ın 8 oyunçusu sarı vərəqə ilə cəzalanıb.






 
Bölməyə aid digər xəbərlər
17.04.2021
“Neftçi“ “Zirə“yə, “Sabah“ autsayderə qarşı - YENİLƏNİR
17.04.2021
Ayxan Abbasov: “Məncə, bunun öhdəsindən layiqincə gəldik“
16.04.2021
Aftandil Hacıyev: “Qızıl xal qazandıq“
16.04.2021
Qurban Qurbanov: “Müdafiədə oynayan komandaya qarşı çıxış etdik“
16.04.2021
Cüdoçumuz Məmmədəli Mehdiyev koronavirusa yoluxdu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info