Azərbaycanlılara yaxşı tanış olan Badri Kvaratsxeliyanın oğlu “Milan”ın marağında
Tarix: 06.04.2021 | Saat: 11:00:00 | Oxunub: 823 | E-mail | Çapa göndər


Rusiyanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.


Futbolmedia.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublar sırasına “Milan” da qoşulub. Futbolçunun agenti tezliklə "qırmızı-qaralar"la danışıqlar aparacaq. 20 yaşlı vingeri "Milan"a klubun keçmiş gürcü futbolçusu Kaxa Kaladze təklif edib.



Gürcüstanlı futbolçu ilə “Roma”, “Yuventus”, “Bayern”, “Borussiya” (Dortmund) klubları da maraqlanır.



Kvaratsxeliya bu mövsüm “Rubin”də keçirdiyi 20 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.



İstedadlı oyunçu Azərbaycan millisi, "Kəpəz" və "Şəmkir"in keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info