“Real Madrid“ “Liverpul“a, “Mançester Siti“ almanlara qarşı - YENİLƏNİR
Tarix: 06.04.2021 | Saat: 10:16:00 | Oxunub: 812 | E-mail | Çapa göndər
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Futbolmedia.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün maraqla gözlənilən görüşü İspaniyada "Real Madrid" və İngiltərə "Liverpul"u arasında olacaq.

Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. "Kral klubu"nun heyətində kapitan Serxio Ramosla yanaşı, Eden Azar və Dani Karvahalın zədə səbəbindən oynamayacağı dəqiqdir. Qonaqlarda isə Vircil van Deyk, Co Qomes, Cordan Henderson və Divok Origi zədəlidir.

Günün digər matçı İngiltərədə gerçəkləşəcək. "Mançester Siti" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. "Şəhərlilər"in heyətində itki yoxdur, Dortmund təmsilçisində isə Dan-Aksel Zaqadu, Ceydon Sanço və Yussufa Mukoko zədədən əziyyət çəkir.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Real Madrid" - "Liverpul" (İngiltərə)

23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya).




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info