Qvardioladan “UEFA və FİFA -ya şok etiraz
Tarix: 05.04.2021 | Saat: 17:16:00 | Oxunub: 826 | E-mail | Çapa göndər

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyun qrafikinin sıxlığından şikayətənib.

Futbolmedia.az xəbər verir ki, 49 yaşlı mütəxəssis goal.com-a açıqlamasında oyunçuların bu qrafikə tab gətirmək gücündə olmadıqlarını deyib:

"Oyunçular da insandır, maşın deyillər. Bilirəm ki, bəzi futbolçular hər matçda iştirak etmədikdə əsəbləşirlər. Amma bu, mümkün deyil. Əlbətdə, oynaya bilərlər, amma hamının istirahətə ehtiyacı var. UEFA və FİFA təqvim həddindən artıq sıx olduğundan futbolçuları öldürür. Mövsüm başlayandan bəri bir həftə belə istirahət etməmişik. Buna vaxt yoxdur. Həm zehni, həm də fiziki cəhətdən belə bir cədvələ tab gətirə biləcək oyunçu yoxdur. Bu, mümkün deyil".

Qeyd edək ki, "Mançester Siti" növbəti oyununu aprelin 6-da Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sına qarşı keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info