“Sumqayıt“dan tarixi qələbə
Tarix: 05.04.2021 | Saat: 15:00:00 | Oxunub: 730 | E-mail | Çapa göndər
“Sumqayıt” futbol komandası tarixində 100-cü qələbəsini qazanıb.

Futbolmedia.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu yubiley Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib. Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə etmiş sumqayıtlılar 158 dəfə uduzub.

2010-cu ildə yaradılmış klub indiyədək Premyer Liqada 77, Azərbaycan Kubokunda 10, I Divizionda 13 qələbə qazanıb. “Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib. 2010/2011 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış etmiş debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
“Neftçi“ “Zirə“yə, “Sabah“ autsayderə qarşı - YENİLƏNİR
17.04.2021
Ayxan Abbasov: “Məncə, bunun öhdəsindən layiqincə gəldik“
16.04.2021
Aftandil Hacıyev: “Qızıl xal qazandıq“
16.04.2021
Qurban Qurbanov: “Müdafiədə oynayan komandaya qarşı çıxış etdik“
16.04.2021
Cüdoçumuz Məmmədəli Mehdiyev koronavirusa yoluxdu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info