“Valensiya“ nın futbolçusu Dyakabi irqçi təhqirlərə məruz qaldı - La Liqa
Tarix: 05.04.2021 | Saat: 11:00:00 | Oxunub: 782 | E-mail | Çapa göndər

İspaniyanın "Valensiya" komandasının futbolçusu Muktar Dyakabi irqçi təhqirlərə məruz qalıb.

Futbolmedia.az-ın məlumatına görə, bu, "Kadis"lə La Liqa matçında baş verib.

İlk yarıda rəqib komandanın oyunçusu Xuan Kala Qvineya əsilli fransalı müdafiəçiyə nə isə deyib. Bundan sonra Dyakabi oyunu dayandıraraq, meydanı tərk etməyi qərara alıb.

Onun arxasınca komanda yoldaşları da gedib. Bir müddət sonra müdafiəçi komanda yoldaşlarından geri qayıtmalarını və sonadək oynamalarını xahiş edib, özü isə əvəzlənib.

Yekunda "Valensiya" 1:2 hesabı ilə uduzub.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info