Sənan Qurbanov: “Taktikanı “Qarabağ“a qarşı müəyyənləşdirmişdik“
Tarix: 04.04.2021 | Saat: 21:03:00 | Oxunub: 732 | E-mail | Çapa göndər

"Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Bəzi futbolçular millinin oyunlarına görə bizimlə deyildi. Rəqib topa daha çox nəzarət edir. Bunu futbolçulara aşılamaq istədik. Futbolçular "Qarabağ" kimi rəqibə qarşı oyundan qopmadılar".

Futbolmedia.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XXI turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.



41 yaşlı mütəxəssis bildirib ki, futbolçular qələbə qazanmağa inanıblar: "Con Kamaranın ilk hissədə zədələnməsi planlarımızı pozdu. Biz digər matçlarda topu itirəndə pressinq edirdik. Rəqibin futbolçularının ustalıq səviyyəsi bəllidir. Taktikanı "Qarabağ"a qarşı müəyyənləşdirmişdik. Hər tur rəqibləri analiz edirik və ona uyğun taktikə seçirik.



Hücumda daha çox iştirak etmək niyyətindəyik. "Keşlə" olaraq müdafiə və hücumda düzgün oynamağı seçmişik".



Baş məşqçi Elvin Yunuszadənin oynamaması haqqında bunları diqqətə çatdırıb: "Zədədən qayıdandan sonra məşqlərə qoşuldu. Yenə ağrıları başladı. Həkimlərin nəzarəti altındadır".



S.Qurbanovun sözlərinə görə, son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirə bilər: "Futbolçulara təşəkkür etdim. Onlara bildirdim ki, biz bir yarışın içindəyik və qorxmamalıyıq. Rəhbərlik də daim yanımızdadır. Onlar da qələbələr qazanmağımızı istəyirlər".




 
Bölməyə aid digər xəbərlər
09.04.2021
Bakıya gələn azarkeşlərə güzəşt ediləcək - AVRO-2020
05.04.2021
De Byazi: “Ronaldo Azərbaycanla oyunda daha çox səhv etdi“
29.03.2021
De Byazi: “Futbolçular sabah bayraq üçün oynayacaqlar“
25.03.2021
“Keşlə“ “Səbail“lə yoldaşlıq oyunu keçirəcək
15.03.2021
“Zirə”dən Fakundo Melivilo haqda paylaşım

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info