Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə etdiyi “Panatinaikos” – PAOK oyunu VİDEO
Tarix: 05.04.2021 | Saat: 10:12:00 | Oxunub: 777 | E-mail | Çapa göndər
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının çempionluq qrupunda 2-ci turun “Panatinaikos” – PAOK oyununu idarə edib.

Futbolmedia.az-ın məlumatına görə, təcrübəli baş hakimə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Təyinat Yunanıstan Futbol Federasiyasının dəvəti əsasında gerçəkləşib.

Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunmuş oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Federiko Maçeda 39-cu, Lukas Vilyafanyes 79-cu və Aytor Kantalapyedra 85-ci dəqiqədə vurub. Ağayev yerli komandanın 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu qələbə sayəsində xalını 49 xala çatdıran "Panatinaikos" 4-cü pilləyə yüksəlib və 3-cü yerdə gedən PAOK-la fərqi minimuma endirib. "Olimpiakos" 73 xalla 1-ci, "Aris" 54 xalla 2-cidir.





 
Bölməyə aid digər xəbərlər
17.04.2021
“Sumqayıt“ - “Qəbələ“ 2:0 VİDEO
17.04.2021
“Beşiktaş“ - “Ankaragücü“ 2:2 VİDEO
16.04.2021
“Səbail“ - “Qarabağ“ 1:1 VİDEO
16.04.2021
“Roma“ - “Ayaks“ 1:1 VİDEO
16.04.2021
“Mançester Yunayted“ - “Qranada“ 2:0 VİDEO

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info