“İnter“in tarixinə düşdü
Tarix: 04.04.2021 | Saat: 18:12:00 | Oxunub: 824 | E-mail | Çapa göndər
A seriyasının 29-cu turunda "Boloniya" ilə matç "İnter"in futbolçusu Romelu Lukaku üçün əlamətdar olub.

Futbolmedia.az
xəbər verir ki, 27 yaşlı hücumçu görüşdə (1:0) fərqlənməklə yerli çempionatda vurduğu qolların sayını 20-yə çatdırıb. O, ötən mövsümdə də A seriyasında 20 qol həddini aşa bilib (23). Belə nəticə ilə belçikalı oyunçu "İnter"in yerli çempionatda ardıcıl ən az 2 mövsüm 20 qol həddinə çatan 7-ci futbolçusu olub.

Digər oyunçular bunlardır: Cuzeppe Meazza (5 mövsüm), İstkan Nayres (4 mövsüm), Mauro İkardi (2 mövsüm), Kristian Vieri (2 mövsüm), Roberto Boninseqna (2 mövsüm), Amedeo Amadedi (2 sezon).




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info