Kolumbiya millisinin sabiq futbolçusuna höküm oxundu - 11 il iş aldı
Tarix: 04.04.2021 | Saat: 15:15:00 | Oxunub: 732 | E-mail | Çapa göndər
Kolumbiya milli komandasının sabiq futbolçusu Con Viafara həbs olunub.

Futbolmedia.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçi narkotik ticarəti ilə məşğul olduğu üçün ABŞ-da 11 illik cəzaya məhkum edilib. Texas məhkəməsi 42 yaşlı Viafaranı narkotik vasitələri ABŞ-dan Kolumbiyaya Meksika üzərindən qaçaqmalçılıq yolu ilə daşımada iştirakda günahkar bilib.

Qeyd edək ki, Con Viafara futbolçu karyerası ərzində müxtəlif klublarda, o cümlədən, İngiltərə "Portsmut"u və "Sautgempton"unda oynayıb. O, Kolumbiya millisində dayaq yarımmüdafiəçisi kimi 2003 - 2010-cu illərdə 34 matça çıxıb.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info