“Krasnodar“ və “Ufa“nın baş məşqçiləri istefa verdi - Rusiya Premyer Liqası
Tarix: 04.04.2021 | Saat: 14:00:00 | Oxunub: 830 | E-mail | Çapa göndər
Rusiya Premyer Liqasında eyni gündə iki baş məşqçi istefası gerçəkləşib.

Futbolmedia.az xəbər verir ki, Murad Musayev "Krasnodar"ı, Rəşid Rəhimov isə "Ufa"nı tərk edib. Onlar komandalarının 24-cü tur qarşılaşmalarında böyük hesablı məğlubiyyətlərindən sonra bu addımı atıblar.

"Krasnodar" evdə "Axmat"a 0:5, "Ufa" isə səfərdə Moskva "Dinamo"suna 0:4 hesabı ilə uduzub. Musayevi az öncə MOİK-i tərk etmiş Viktor Qonçarenkonun əvəzləyəcəyi gözlənilir. Rəhimovun yerinə kimin gətiriləcəyi isə hələ məlum deyil.

Qeyd edək ki, "Krasnodar" 2021-ci ilin 8 oyununda cəmi 1 qələbə qazanıb və hazırda 24 görüşdən 34 xalla 10-cu yerdə gedir. 7 oyundur qalib gələ bilməyən və bunların 6-da məğlub olan "Ufa" isə 14 xalla 15-ci yerdə gedir.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info