De Byazinin diplomatik pasportu ləğv edildi
Tarix: 03.04.2021 | Saat: 15:13:00 | Oxunub: 820 | E-mail | Çapa göndər

Albaniya hökuməti Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin diplomatik pasportunu ləğv edib.

Futbolmedia.az xəbər verir ki, Albaniyanın Xarici İşlər Nazirliyi yerli futbol federasiyasına məktubla müraciət edərək, italiyalı mütəxəssisdən bu il iyunun 1-dək sənədi təhvil verməsini istəyib.

Qərara münasibət bildirən 65 yaşlı baş məşqçi buna görə təəccübləndiyini söyləyib: "Pasportun vaxtı 2026-cı ildə başa çatacaq. Nəyə görə 5 il öncə onu təhvil verməliyəm? Fikrimcə, absurd qərardır. Həm təəcübləndim, həm də təəssüf hissi keçirdim".

De Byazi bununla bağlı hələ rəsmi bildiriş almadığını vurğulayıb: "Heç bir günah işlətməmişəm və heç vaxt Albaniyanın imicinə xələl gətirməmişəm. Əksinə, orada olduğum müddətdə yaxşı işlədiyimi düşünürəm və fürsət tapanda ölkə haqqında yalnız xoş sözlər demişəm. Sənədi qaytarmağımı istəsələr, açıq-aşkar məyus olacağam. Çünki heç bir səbəb tapmıram. Onda belə çıxır ki, həmin vaxt ölkə prezidenti tərəfindən mənə verilmiş "Cəngavər Skenderbeu Ordeni"ni də




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
Azərbaycanın U-21 millisinin üzvü Hollandiya klubunda ilk qolunu vurdu
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ Bakıda seçimlərinə strat verdi
15.04.2021
İtaliya A seriyasında qalmaqallı hadisə

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info