De Byazi: “Məncə, hər iki vəzifənin öhdəsindən gəldik“
Tarix: 25.03.2021 | Saat: 02:13:00 | Oxunub: 1044 | E-mail | Çapa göndər
“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyunundan sonra mətbuat konfransında deyib.


İtaliyalı mütəxəssis 0:1 hesabl məğlubiyyəti belə şərh edib: "Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik".

De Byazi seçmə mərhələdəki konkret hədəf haqqında indidən danışmağln çətin olduğunu bildirib: "Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin oyunda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
“Neftçi“ “Zirə“yə, “Sabah“ autsayderə qarşı - YENİLƏNİR
17.04.2021
Ayxan Abbasov: “Məncə, bunun öhdəsindən layiqincə gəldik“
16.04.2021
Aftandil Hacıyev: “Qızıl xal qazandıq“
16.04.2021
Qurban Qurbanov: “Müdafiədə oynayan komandaya qarşı çıxış etdik“
16.04.2021
Cüdoçumuz Məmmədəli Mehdiyev koronavirusa yoluxdu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info