Millimizin rəqibi Serbiya yığmasının heyəti açıqlandı
Tarix: 05.03.2021 | Saat: 17:15:00 | Oxunub: 723 | E-mail | Çapa göndər
Futbol üzrə Serbiya yığması dünya çempionatının seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan milliləri ilə oyunlar üçün heyətini açıqlayıb.

Futbolmedia.az xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç 30 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 15-i yarımmüdafiəçi, 4-ü hücumçudur.

Qapıçılar: Predraq Raykoviç ("Renn", Fransa), Marko Dmitroviç ("Eybar", İspaniya), Borçe Nikoliç ("Bazel", İsveçrə)

Müdafiəçilər: Stefan Mitroviç ("Strazburq", Fransa), Nikola Milenkoviç ("Fiorentina", İtaliya), Uroş Spayiç ("Feyenord", Niderland), Miloş Velkoviç ("Verder", Almaniya), Straxinya Pavloviç ("Serkl", Belçika), Marko Petkoviç (TSC), Milan Qayiç ("Srvena Zvezda"), Filip Mladenoviç ("Legiya", Varşava Polşa)

Yarımmüdafiəçilər: Mixailo Ristiç ("Monpelye", Fransa), Saşa Lukiç ("Torino", İtaliya), Uroş Raçiç ("Valensiya"), Nemanya Maksimoviç ("Xetafe", İspaniya), Nemanya Qudel ("Sevilya", İspaniya), Nemanya Radonyiç ("Herta", Almaniya), Duşan Tadiç ("Ayaks", Niderland), Nenad Krstiçiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç ("Latsio", İtaliya), Filip Curiçiç ("Sassuolo", İtaliya), Darko Lazoviç ("Verona", İtaliya), Marko Qruyiç ("Portu", Portuqaliya), İvan İliç ("Verona", İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç ("Ayntraxt" Frankfurt, Almaniya)

Hücumçular: Aleksandar Mitroviç ("Fulhem", İngiltərə), Luka Yoviç ("Ayntraxt" Frankfurt, Almaniya), Duşan Vlaxoviç ("Fiorentina", İtaliya), Corce Despotoviç ("Rubin", Rusiya)

Qeyd edək ki, Serbiya seçməsi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan seçməsinin qonağı olacaq.




 
Bölməyə aid digər xəbərlər
16.04.2021
“Atalanta“ klubu Canluici Buffonu transfer etmək istəyir
16.04.2021
Luka Modriç “Real“la müqaviləni uzadır
16.04.2021
Pyer-Emerik Obameyanq virusa yoluxdu
15.04.2021
Pep Qvardioladan yeni rekord
15.04.2021
Şenol Güneş Bakıda keçiriləcək oyunlardan danışdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info