“Sabah”dan biabırçı göstərici
Tarix: 04.03.2021 | Saat: 12:11:00 | Oxunub: 800 | E-mail | Çapa göndər
“Sabah” klubu tarixində 50-ci məğlubiyyətini alıb.

Futbolmedia.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın 101-ci görüşünə təsadüf edib.

Bakı təmsilçisi Premyer Liqanın XVIII turunda “Neftçi” ilə səfər görüşündə 1:2 hesabı ilə uduzub. İndiyədək I divizion, Azərbaycan kuboku və Premyer Liqada mübarizə aparan komanda bu müddətdə 29 qələbə qazanıb və 22 heç-heçə edib.

2017/18 mövsümündə I divizionda debüt edən “Sabah” aşağı dəstədə 9, ölkə kubokunda 6, Premyer Liqada 35 dəfə məğlubiyyət acısı yaşayıb.

Aleksey İsayev Premyer Liqada 50-ci görüşünü keçirib. 2018/19 mövsümündə “Sumqayıt”ın heyətində ilk çempionat görüşünə çıxan futbolçu “Gənclik şəhəri” təmsilçisində 38, “Sabah”da 12 qarşılaşmada iştirak edib. O, yeganə qoluna da paytaxt təmsilçisində imza atıb.




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
“Neftçi“ “Zirə“yə, “Sabah“ autsayderə qarşı - YENİLƏNİR
17.04.2021
Ayxan Abbasov: “Məncə, bunun öhdəsindən layiqincə gəldik“
16.04.2021
Aftandil Hacıyev: “Qızıl xal qazandıq“
16.04.2021
Qurban Qurbanov: “Müdafiədə oynayan komandaya qarşı çıxış etdik“
16.04.2021
Cüdoçumuz Məmmədəli Mehdiyev koronavirusa yoluxdu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info