“Qarabağ“dan son 17 mövsümün rekordu
Tarix: 04.03.2021 | Saat: 13:21:00 | Oxunub: 781 | E-mail | Çapa göndər
Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası “Qarabağ”dır.

Futbolmedia.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 42 qol vurub. Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın orta məhsuldarlığı 2,33-ə bərabərdir. Bu, son 17 mövsümün mütləq rekordudur. 2004-cü ildən sonra heç bir komanda ilk 18 turda bu qədər qol vurmayıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 18 turda 51 qol vurub.

Ümumiyyətlə isə Ağdam təmsilçisinin cari mövsümdəki göstəricisi ölkə çempionatları tarixində 15-ci nəticədir. Rekord isə 1998/99 mövsümündə qeydə alınıb. “Kəpəz” 18 oyundan sonra 63 qol vurub. İkinci nəticəyə də sahib olan gəncəlilər 1995/96 mövsümündə 60 dəfə fərqlənib.




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
Azərbaycanın U-21 millisinin üzvü Hollandiya klubunda ilk qolunu vurdu
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ Bakıda seçimlərinə strat verdi
15.04.2021
İtaliya A seriyasında qalmaqallı hadisə

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info