Futzal millimiz Moldovaya qarşı - YENİLƏNİR
Tarix: 04.03.2021 | Saat: 11:30:00 | Oxunub: 693 | E-mail | Çapa göndər
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Futbolmedia.az-ın məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da start götürəcək.

Matçı İtaliyadan olan Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.

Avropa çempionatı

Seçmə mərhələ, 3-cü tur

19:00. Azərbaycan - Moldova
Hakimlər: Culio Kolombin, Daniele Dadamo
Bakı İdman Sarayı.

Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 6 xalla liderdir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
Azərbaycanın U-21 millisinin üzvü Hollandiya klubunda ilk qolunu vurdu
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ Bakıda seçimlərinə strat verdi
15.04.2021
İtaliya A seriyasında qalmaqallı hadisə

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info