Qara Qarayev: “Mən Mahirə “get“ deyirəm“
Tarix: 03.03.2021 | Saat: 17:00:00 | Oxunub: 745 | E-mail | Çapa göndər
"Bildiyim qədərilə o, müqaviləsini yeniləməyib. Məncə, futboldan bir az anlayışı olanlar bu yaşında ikən bir söz deyəcək: "Çıx, get, xaricdə oyna".

Futbolmedia.az xəbər verir ki, bu fikirləri "Report"a müsahibəsində Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev komanda yoldaşı Mahir Emrelinin karyerasını ölkə xaricində davam etdirməsinin vacibliyinə dair fikirlərə münasibət bildirərkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, Emreli Avropaya getsə, bu, tendensiya halını ala bilər: "Mahirdən əvvəl də bir çox yaxşı futbolçumuz olub. Bəlkə o, özündən sonrakılara təkan verəcək və ya karyerası ölkə xaricində daha yaxşı olacaq?! Ən azı yoxlamaq lazımdır. Mən hər zaman demişəm ki, Azərbaycanda yaxşı keyfiyyətli futbolçular var. Amma onları xaricə çıxarmaqda problemlər mövcuddur".

Qarayevin sözlərinə görə, Emrelidə belə fürsət yaranıbsa, mütləq istifadə etməlidir: "Bu, həm ölkə adına fəxrimiz olar, həm də futbolçu olaraq daha yaxşı liqalarda futbol oynamaq imkanı yaranacaq. Emreli həm də legioner həyatı yaşamaq üçün ən ideal yaşındadır. Məncə, getməlidir. Amma yenə də bu məsələləri "Qarabağ" rəhbərliyi ilə danışmalı və klubun razılığı olmalıdır. Komandamızda hansısa futbolçunun transfer ehtimalı olsa da belə, çalışırlar ki, onun indiki və gələcək karyerasına ziyanlı heç nə olmasın. Yəqin ki, baş məşqçinin Mahirlə danışığı olacaq. Şəxsi fikrim odur ki, getsin və xaricdə oynasın. Amma yenə də məsləhətlərə qulaq asmaq lazımdır. Onun üçün hansı liqa və ya komanda faydalı, uyğun olacaqsa, ora getməli və Qurban Qurbanovla məsləhətləşmədən sonra qərar verməlidir".

Qeyd edək ki, Mahir Emreli qış transfer dönəmində Polşanın "Zaqlembe" və "Rakuv", Avstriyanın "Şturm" və Macarıstanın adı açıqlanmayan klubundan təklif alıb. 24 yaşlı hücumçu mövsümün sonunadək "Qarabağ"da qalmağa qərar verib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
11.04.2021
Qurban Qurbanov: “Ümumilikdə çox səs-küy olmağı xoşlamıram“
09.04.2021
Rövşən Hüseynlinin : “Onlar da bundan istifadə etdilər“
04.04.2021
Qurban Qurbanov: “Çempionatın səviyyəsindən razı deyiləm“
30.03.2021
De Byazi : “Yaxşı sualdır, hətta gülmək istəyirəm“
30.03.2021
Branimir Subaşiç : “Azərbaycan sərt, çox yöndəmsiz komanda kimi görünür“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info