Tahir Gözəl: “ Xocalıda baş verənlərə biganə qalmaq utancvericidir“
Tarix: 26.02.2021 | Saat: 15:03:00 | Oxunub: 859 | E-mail | Çapa göndər
"Qarabağ"ın prezidenti Tahir Gözəl Xocalı soyqırımı ilə bağlı danışıb.

Futbolmedia.az xəbər verir ki, o, klubun saytına açıqlamasında deyib:

"Bu gün Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 29 il keçir. Biz Qarabağ barəsində fikir bildirməyə çətinlik çəkirdik. Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində bu gün azad Qarabağdan qürurla danışırıq. Artıq o torpaqlara qayıtmışıq. “Qarabağ” futbol klubu olaraq fərqli missiya daşıdığımızın həmişə fərqində olmuşuq. İşğal dönəmində “Qarabağ” məcburi köçkünlərimizin Qarabağ sevgisinin təsəllisi oldu. “Qarabağ” adı bizi daha məsuliyyətli olmağa vadar etdi. Cənab Prezidentimizin “Qarabağ Azərbaycandır!” çağırışının təbliğatçısı olmaqdan qürur duyuruq. Şükürlər olsun ki, 2020-ci il şanlı Zəfərimizlə yadda qaldı. Daha əvvəl “Qarabağ”ın kuboklarını azad Ağdama, azad Qarabağa aparmaq qismət olsun” arzusu ilə danışırdıqsa, bu gün arzumuz dəyişib. Artıq abad Qarabağa tezliklə getmək haqda düşünürük. Ali Baş Komandanın güclü siyasəti, müdrikliyi və səbiri, Azərbaycan ordusunun qəhrəmanlığı, şücaəti, fədakarlığı, verdiyimiz şəhidlər və itkilər hesabına bu arzumuz gerçək oldu.


29 il əvvəl yaşanmış, bəşər tarixinin ən dəhşətli faciələrindən birini heç vaxt unutmayacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda başlayan soyqırımda 613 günahsız insanın, özü də cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəsinə qətlə yetirilməsi, 100 ailənin tamamilə məhv edilməsini yaddan çıxara bilmərik. Bir daha vurğulayıram ki, bu, tək Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir. Şəhidlərimizi ehtiramla yad edirik. Xocalıda baş verənlərə biganə qalmaq utancvericidir. Hər birimiz insanıq, yaradılış qayəmizdə qan tökmək, pislik etmək yoxdur. Tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması uğrunda hər birimizin üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Xocalıda yaşananları hər kəs düşünməlidir. Ümid edirəm ki, dünya dövlətləri Xocalıda baş verənlərə hüquqi qiyməti verəcək. Tarixdə bir daha belə faciələr yaşanmaması arzusu ilə...".




 
Bölməyə aid digər xəbərlər
17.04.2021
Azərbaycanın U-21 millisinin üzvü Hollandiya klubunda ilk qolunu vurdu
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ “Səbail“ə, “Qəbələ“ “Sumqayıt“a qarşı - YENİLƏNİR
16.04.2021
“Qarabağ“ Bakıda seçimlərinə strat verdi
15.04.2021
İtaliya A seriyasında qalmaqallı hadisə

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info