Qurban Qurbanov:“Bu oyun futbolumuzun tarixinə düşdü“
Tarix: 13.02.2021 | Saat: 21:00:00 | Oxunub: 927 | E-mail | Çapa göndər

"Samir Abasovu təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox danışmağa ehtiyac yoxdur. Gərgin keçdi. Digər məqamlar daha maraqlı idi. Futbolçularından narazı qaldım. İkinci hissədə qırmızı vərəqə alacağımıza hazır idim. Təəssüf ki, bu baş verdi. Oyun nizam-intizamı pozuldu. "Neftçi" qırmızı vərəqə alanadək daha yaxşı oynayırdıq. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Hakim də inamlı qərarlar verdi".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV turunun matçdan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü epizodları bir neçə gün öncə Hakimlər Komitəsi ilə müzakirə ediblər: "Maraqlı senari alındı. Qarşıda oyunlarımız var. Komandanı yaxşı hazırlamalıyıq. Zədəlilərimiz, cəzalı futbolçularımız var".

Qurbanov Kevin Medianın qırmızı vərəqə almasına münasibət bildirib: "Bu barədə bu gün düşünsəm, daha ciddi cəza ola bilər. Sabah yenidən izləyəcəyəm. Mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur".

Baş məşqçi heyətin kasadlığı ilə bağlı suala belə cavab verib: "Belə hallar olur. Amma mənim heyətlə bağlı narahatlığım yoxdur. Bacara bilərik. Filip Ozobiç gələn həftədən məşqlərə başlayacaq. Elvin Cəfərquliyev qayıdır. Hər şey normaldır. Yetərincə futbolçum var".

Təcrübəli mütəxəssis Maksim Medvedevə müdafiənin solunda şans verməsinə də aydınlıq gətirib: "Futbolda bu cür yerdəyişmələr olur. Qarşıdakı oyunlarda Elvin və Toraldan istifadə edəcəyik" (Report).




 
Bölməyə aid digər xəbərlər
11.04.2021
Qurban Qurbanov: “Ümumilikdə çox səs-küy olmağı xoşlamıram“
09.04.2021
Rövşən Hüseynlinin : “Onlar da bundan istifadə etdilər“
04.04.2021
Qurban Qurbanov: “Çempionatın səviyyəsindən razı deyiləm“
30.03.2021
De Byazi : “Yaxşı sualdır, hətta gülmək istəyirəm“
30.03.2021
Branimir Subaşiç : “Azərbaycan sərt, çox yöndəmsiz komanda kimi görünür“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info