“Kəpəz”in futbolçusu:“Heç kim arxayınlaşmamalıdır ki“
Tarix: 13.01.2018 | Saat: 11:33:00 | Oxunub: 784 | E-mail | Çapa göndər
“Plan üzrə hazırlaşırıq, hər şey qaydasında gedir. Gündə iki dəfə ciddi şəkildə məşq edirik”.

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov klubun saytına təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

“Məşqlər ağırdır, çünki fiziki yöndə hazırlıq keçirik. Əslində başa düşüləndir. Belə hazırlaşmalıyıq ki, çempionatda bəhrəsini görək. Məşqçilər tərəfindən verilən tapşırıqların hamısını yerinə yetirməyə çalışırıq. Çox işləməliyik, bunu yaxşı başa düşürük. Məqsədimiz çempionata 100 faiz hazır olmaqdır” - deyə o bildirib.

C. Cavadov komandaya yeni gələn oyunçuların daxili rəqabəti artıracağını düşündüyünü söyləyib: “Heyətin güclənməsi istiqamətində işlər görülür, kollektivə yeni futbolçular qoşulur. Böyük rəqabət artıq hiss olunmaqdadır. Hər mövqeyə 2-3 oyunçu var. Heç kim arxayınlaşmamalıdır ki, əsas heyətdə yeri təmin olunub. Əksinə, tam ciddi formada məşq etmək lazımdır. Bu gedişlə çempionata tam hazır olacağıq və azarkeşlər fərqli “Kəpəz” görəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Ansi Aqolli:“Artıq bir neçə ildir ki, “Qarabağ“ inkişaf edir“
18.01.2018
“Qarabağ“ Xama Billiatayla razılığa gəldi
18.01.2018
“Kəpəz“də Antaliyay yola düşdü
17.01.2018
Şehiç:“Lakin təkcə məni deyil, klubu da qane edən təklif olsa“
16.01.2018
“Keşlə” Kamerun millisinin sabiq üzvünü heyətinə qatdı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info