FİFA hakimi Yusif Nurullayevi vuran Aqşin Ömərova 2 illik cəza verildi
Tarix: 10.01.2018 | Saat: 16:43:00 | Oxunub: 875 | E-mail | Çapa göndər
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik cəzaya məruz qalıb.

Futbolmedia.az-ın məlumatına görə, bu haqda AFFA İntizam Komitəsi bugünkü iclasında qərar verib.

ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.

Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Millimiz İran seçməsi ilə üz-üzə gələcək
18.01.2018
Qurban Qurbanov:“Açığı, belə sürətli oyun gözləmirdim“
17.01.2018
“Qarabağ“ oyun günü məşq etdi
17.01.2018
“Kəpəz“dən yeni transferlər
17.01.2018
Rəşad Sadıqovun yeni ildə ilk qələbəsi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info