Prosineçki:“Azərbaycan millisi ilə bundan artığını etmək mümkün deyildi“
Tarix: 04.12.2017 | Saat: 13:02:00 | Oxunub: 1026 | E-mail | Çapa göndər
“Hiss etdim ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil. Ona görə də getmək qərarına gəldim”.

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri milllimizin sabiq baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində yığmamızdakı fəaliyyətinə də toxunub. O, millimizlə başa çatan müqaviləsini uzatmamasının səbəbini izah edib:

“Son seçmə mərhələdə 10 xal topladıq. Norveçi məğlub edib, Çexiya ilə heç-heçə etdik. Məğlub olsaq da, Almaniya və İtaliya ilə oyunlarda da yaxşı çıxış etdik. Xorvatiya ilə matçda isə komandamdan yalnız cəsarətli futbol istəmişdim. Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Komandadan tutbol oynamağı tələb edirdim, ancaq müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm. Artıq yeni menyu ilə davam etməliyik”.

Xatırladaq ki, Prosineçki 2014-cü ildən millimizi çalışdırırdı.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Millimiz İran seçməsi ilə üz-üzə gələcək
18.01.2018
Qurban Qurbanov:“Açığı, belə sürətli oyun gözləmirdim“
17.01.2018
“Qarabağ“ oyun günü məşq etdi
17.01.2018
“Kəpəz“dən yeni transferlər
17.01.2018
Rəşad Sadıqovun yeni ildə ilk qələbəsi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info